Aksiyada saxlanılanlarla bağlı məhkəmə qərarı açıqlanıb

11 Mart 2013 13:22 (UTC+04:00)
Dünən Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən razılaşdırılmamış aksiyada saxlanılanlarla bağlı məhkəmə qərarı açıqlanıb.

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlunun APA-ya verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə AXCP üzvü Elvin Baycan 7 sutka inzibati həbs cəzasına məhkum edilib.

Bundan başqa, AXCP üzvləri Taleh Məmmədov 400 manat, Nihad Hüseyn 500 manat, Ramil Musayev 400 manat, Ənvər Hüseynli 500 manat cərimə olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə isə AXCP üzvləri Məhəmməd Məcidli və Türkel Əlisoy 7 sutka inzibati həbs cəzasına məhkum ediliblər.

Bundan başqa, AXCP üzvləri Zaur Məmmədov 500, Aqil Əliyev 600, Müsavat Partiyasının üzvləri Rauf Məmmədov 500, Şamil Beydullayev 500, ADP üzvləri Azər Sadıqov 500, Osman Əhmədli 500, Cavid Qarayev 500 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, dünən bir qrup gənc əsgər ölümlərinə etiraz əlaməti olaraq Bakının mərkəzində aksiya keçirməyə cəhd edib. Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı üçün aksiyanın qarşısı polis tərəfindən alınıb.

AzNews.az