Türk Dünyasının Mədəniyyət paytaxtı Kastamonu açılışa hazırdır - Foto

20 Mart 2018 18:55 (UTC+04:00)

Belə demək mümkünsə, Novruz Bayramı təbrikləri və Türk Dünyasının Novruz tonqalı Kastamonuda alovlanacaq. Mərasim TRT Avaz telekanalı tərəfindən canlı yayımlanacaq.

Tədbirə səfirliklər səviyyəsində 30-dan çox ölkədən təmsilçilər qatılacaq. Həmin günün ikinci proqramında, axşam saatlarında Türk dünyasının Mədəniyət paytaxtının açılışı ediləcək.

Açılış mərasimi Cümhuriyyət Meydanı və Atatürk İdman Salonunda baş tutacaq.

Kastamonu şəhər valisi Yaşar Karadəniz mərasimlə bağlı keçirdiyi dəyərləndirmə toplantısında bildirib ki, bütün hazırlıqlar artıq yekunlaşıb. Xaricdən və Türkdilli respublikalardan bir çox sənətçilər ölkəmizə təşrif buyurub. Onlar da öz məşqlərinə başlayıblar. “Gözəl bir mərasim olacağını düşünürəm” - deyə, Kastamonu valisi əlavə edib.

Qeyd edək ki, vali toplantıdan dərhal sonra rəhbərlik etdiyi heyətlə birgə Cümhuriyyət Meydanında və Atatürk İdman Salonunda hazılıqlarla tanış olub, səlahiyyətlilərə müvafiq təlimatlar verib.

Elgün Mənsimov
Kastamonu
AzNews.az