Finlandiyada yaşayan azərbaycanlılar Novruzu belə qeyd etdi - Foto

21 Mart 2018 16:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova Novruz bayramının azərbaycanlılar üçün əziz olduğunu deyib.

"Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq bu bayramı qeyd edirlər. Azərbaycanda Novruz bayramı keçmiş SSRİ vaxtı qadağan edilib. Buna baxmayaraq, milli adət-ənənələr ölməyib. Biz azərbaycanlılar baharın gəlişi bayramını Finlandiyada da qeyd edirik",- deyə o bildirib.

Təqdimat yerli iştirakçıların marağına səbəb olub və bunun daimi hər il qeyd olunması istənilib. Fin uşaqları eyni zamanda Azərbaycan rəqslərinə də böyük maraq göstəriblər.