AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Novruz bayramı ilə əlaqədar azərbaycanlılara ünvanladığı təbrik məktubunda bildirilir:
"Biz Gürcüstanda vətəndaşlarımızın normal, rahat yaşamaları üçün hər cür şərait yaradırıq. Azərbaycanlılar güclü Gürcüstan dövlətinin yaradılmasında və inkişafında xüsusilə fərqlənirlər. Biz azərbaycanlılarla birlikdə ölkəmizin gələcəyini qururuq və birlikdə vahid Gürcüstanda yaşayacağıq".