Zaqatala sakini intihar etdi

22 Mart 2018 12:12 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb.

Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.