““El”-in məqsədi ictimaiyyətə açıqlanmalıdır”

11 Mart 2013 15:52 (UTC+04:00)
Martın 12-də "El" Hərəkatının təqdimat mərasimi keçiriləcək. Bunu AzNews.az-a kinodramaturq Eldəniz Quliyev bildirdi.

Onun sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd "El"in məqsəd və məramını ictimaiyyətə açıqlamaqdır: ""El" hansı zərurətdən yarandı və onun məqsədi nədir? Bunlar geniş ictimaiyyətə açıqlanmalıdır. Təqdimat mərasimində 100-dən yuxarı qonağımız olacaq. Onların arasında təşəbbüs qurupunun üzvləri, siyasi partiya nümayəndələri və onların rayon təmsilçiləri də dəvət olunub. "El"in qərargahında baş tutacaq mərasimdə Ziyalılar Forumunun Kordinasiya Şurasının bütün üzvləri iştirak edəcək".

Bahar Rüstəmli
AzNews.az