AŞPA-nın yaz sessiyasının gündəliyi

23 Mart 2018 12:10 (UTC+04:00)

"Report" xəbər verir ki, qurumun toplantısı aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək.

Yaz sessiyasında Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması, Liviyada vəziyyət, ilhaq edilmiş Krımda Rusiyada prezident seçkiləri üzrə keçirilən səsvermənin qanunsuz sayılması və digər məsələlər müzakirə ediləcək.

AŞPA-nın sessiyasında Makedoniyanın xarici işlər naziri Nirolya Dimitrov və Lüksenburqun Avropa İttifaqı işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxış edəcək.

AzNews.az