AzNews.az “Report”a istinadən xəbər verir ki, dövlət qulluqçularının kompüterləri cümə günü iş gününün sonunda söndürüləcək.
Buna baxmayaraq, dövlət qulluqçularının 67,1%-i yeni qaydadan azad olmaq istəyir.
Yeni qayda, sadəcə, paytaxt Seulda tətbiq olunacaq. Qaydaya əsasən, dövlət qulluqçularının iş saatları mərhələli şəkildə aşağı salınacaq. Belə ki, martın 30-da dövlət qulluqçularının kompüterləri yerli saatla 20:00-da söndürüləcək. Aprel ayının ikinci və dördüncü həftələrindəki cümə günlərində isə kompüterlər 19:30-da söndürüləcək. May ayından etibarən isə dövlət qulluqçuları hər cümə günü saat 19:00-dək çalışacaq.
Cənubi Koreya ən çox iş saatı olan ölkədir. Burada dövlət qulluqçuları ildə 2 739 saat çalışırlar. Bu isə inkişaf etmiş ölkələrin ortalama iş vaxtından min saat çoxdur.