3 yaşlı körpə yandı

23 Mart 2018 16:58 (UTC+04:00)

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Tural Azər oğlu Şükürov evdə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb. Azyaşlı yaxınları tərəfindən dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxansına çatdırılıb. Müayinə olunan 3 yaşlı uşağa 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və bədənin 3 də 1 hissəsi yanıb. Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti qənaətbəxşdir və müalicəyə cəlb olunub.

AzNews.az