Sabiq prezidentin 4 ölkəyə gedişi qadağan olundu

23 Mart 2018 18:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fransanın sabiq prezidenti Nikolas Sarkozinin gedişi qadağan edilən ölkələr Liviya, Misir, Tunis və Cənubi Afrikadır. Adı korrupsiya ittihamında çəkilən bir çox insanın bu ölkələdə yaşaması məlum olub. Məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılan Sarkoziyə onun hakimiyyəti dövründə daxili işlər nazirləri olan Klaud Gueant, Brice Hortefeux və kəşfiyyat bölməsinin rəhbəri Bernard Squarcini ilə görüşmək də qadağan olunub.

Sarkozi haqqında məhkəmə nəzarətinə dair qərar Fransanın tarixində bir ilkdir. Sarkozi 2007-ci il seçkilərində Liviyanın qanunsuz maliyyə təminatında günahlandırılıb.