“Qızım ana olmaq istəmir” - Mətanət İsgəndərli

23 Mart 2018 19:40 (UTC+04:00)

Axşam.az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan müğənni bildirib ki, qızı tezliklə ana olmaq istəmir:

“Qızım ərə gedib. Özümə deyirəm ki, indikilər nə qədər bilirlər. Bizim dövrümüzdə belə şeylər yox idi. İndikilər deyir ki, hələ ana olmaq istəmirik. Mən də başa düşə bilmirəm ki, bu nə olan şeydi? Bunların bilmişliyinə bax”.

Qeyd edək ki, M.İsgəndərlinin qızı Ülkər Engin adlı bəylə ailə qurub.

AzNews.az