Bakıda güclü külək su çənini hündürlükdən maşının üstünə atdı - Video

24 Mart 2018 10:37 (UTC+04:00)

“Report”un xəbərinə görə, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə düşüb. Hadisə nəticəsində həmin avtomobilə ciddi ziyan dəyib, digər avtomobillərin isə güzgüləri sınıb.

AzNews.az