Türkiyədə avtobus faciəsi: 4 ölü, 37 yaralı...

24 Mart 2018 11:06 (UTC+04:00)

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, İstanbuldan Adıyamana gəzintiyə gedənləri daşıyan avtobus aşıb.

Avtobusun aşması nəticəsində sərnişinlərdən 4-ü ölüb, 37-si isə yaralanıb.

Sürücünün yuxulu olduğu iddia edilir.