Qatar ayağının üstündən keçdi - Hər iki ayağı kəsildi

25 Mart 2018 10:16 (UTC+04:00)

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa Dəmir Yol vağzalında baş verib.

Ehtiyatsızlıq nəticəsində Ağstafa şəhər sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az