Kür çayında batan şəxsin cəsədi tapıldı - Yenilənib

25 Mart 2018 15:23 (UTC+04:00)

1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

10:52

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Köhünlü kəndində 1 nəfərin Kür çayında batdığı ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.​

AzNews.az