İranın Astara dəmir yolu yük stansiyası Azərbaycanın istifadəsinə verildi - 15 illik

25 Mart 2018 11:49 (UTC+04:00)

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu "İran Dəmir Yolları"nın İstismar və beynəlxalq yük daşımaları üzrə vitse-prezidenti Hosseyn Aşuri bildirib.

H. Aşuri deyib ki, Astara dəmir yolu yük stansiyası 15 illik Azərbaycanın istismarına verilib. Astara (Azərbaycan) - Astara (İran) dəmir yoluna baxış keçirən H. Aşuri dəmir yolunun bu hissəsinin cümə axşamı İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı açılacağını qeyd edib. Bundan əlavə, səfər zamanı Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı saziş imzalanacaq. Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisinə 500 milyon dollar ayıracaq.

AzNews.az