Çəhrayı qar yağdı

25 Mart 2018 12:43 (UTC+04:00)

Martın 25-də səhər tezdən turistlər gördüklərindən heyrətə gəliblər. Hadisə ilə bağlı yerli hakimiyyət orqanlarına müraciət olunub.

Sinoptiklər bildiriblər ki, çəhrayi rəngdə qarın yağmasına Şimali Afrika və Yaxın Şərqdə baş vermiş qum qasırğası səbəb olub.

Mütəxəssislər bildirirlər ki, qum qasırğasının Şimali Afrika və Yaxın Şərqdən havaya qaldırdığı qum və kül güclü hava axını ilə Qara dəniz hövzəsinə daxil olub. Gürcüstanın bəzi bölgələrində və paytaxt Tbilisidə səma çəhrayı rəngə boyanıb. Havadakı sarı qum və kül yağış və qarla birlikdə yerə çökür, maraqlı mənzərə yaranır.

Sinoptiklər bu təbiət hadisəsinin insanlar və ekologiya üçün təhlükə yaratmadığını qeyd edirlər.

AzNews.az