Cüneyt Çakır millimizin oyununa təyinat aldı

25 Mart 2018 12:51 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, təcrübəli hakim Antalyada keçiriləcək Azərbaycan - Makedoniya yoldaşlıq görüşündə videotəkrara (VAR) baxacaq. Digər video köməkçi hakim Hüseyn Göçek olacaq.

Matçın baş hakimi türkiyəli Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Xatırladaq ki, “Mardan” stadionunda keçiriləcək oyun martın 27-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AzNews.az