“Kosa” müxalifətə keçdi – TAM CİDDİ

11 Mart 2013 16:53 (UTC+04:00)
Azərbaycanın Milli Bayramı olan Novruzun əsas atrubutu sayılan Kosa da müxalifətə keçdi.

Uzun illərdən bəri baharımızın bəzəyi sayılan Kosa rolunun mahir ifaçısı Qafar Novruzlu öz hüqüqları uğrunda mübarizəyə qərar verib. Belə ki, Kosa obrazının mahir ifaçısı yenə də dövlət səviyyəsində keçiriləcək bayram şənliyindən kənarda qalıb.

Bununla barışmayan akyor isə pozulmuş hüqüqlarının bərpası məqsədilə martın 12-də BMM-də mətbuat konfransı keçirəcək. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən haqqının pozulduğunu iddia edən Kosa "bu yolda öldü var, döndü yoxdur" deyir. Bakıda keçirəcəyi mətbuat konfransından sonra o, yolunu Avropa İnsan Haqları Komissiyasından salacaq.

Bahar Rüstəmli
AzNews.az