Yolu keçən piyadanı maşın vurdu - Yenilənib

25 Mart 2018 14:45 (UTC+04:00)

APA-nın məlumatına görə, ölən şəxsin Şəmkir rayon Qaracəmilli kənd sakini Kərimov Teymur Səlahəddin oğlu olduğu müəyyən edilib.

***

13:33

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib.

Hələ ki, şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vurub. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az