Xəzər dənizində zəlzələ baş verdi

25 Mart 2018 17:08 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla 15:52-də Astaradan 12 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin ocağı 30 km dərinliyində olub.

AzNews.az