2 gündə 8 yol qəzası - 3 ölü, 11 yaralı

26 Mart 2018 09:28 (UTC+04:00)

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınmış, onların da 42-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.