DİN-in əməkdaşı qəzada yanaraq öldü - Dəhşət

11 Mart 2013 17:11 (UTC+04:00)
Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin zabiti qəzada həyatını itirib. AzNews.az-a bununla bağlı daxil olan məlumatda bildirilir ki, Nizami rayonu ərazisində baş vermiş dəhşətli qəzada "Toyota Camry" markalı 90 XL 023 dövlət nömrə nişanlı avtomobilin Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında tikinti sahəsindəki quyuya düşməsi və yanması nəticəsində ölən 1984-cü il təvəllüdlü Quliyev Heydər Balabəy oğlu Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, polis serjantı olub. Onunla birgə dostu 1985-ci il təvəllüdlü Tural Abdullayev də qəzaya uğramış avtomobildə yanaraq ölüb.

Qəza ilə bağlı faktı AzNews.az-a Dəmir yolu nəqliyyatında Polis İdarəsindən təsdiqləyiblər.

Məlumat üçün bildirək ki, H.Quliyev eyni zamanda Polis Akademiyasının 5-ci kursunda təhsil alırmış.

Orxan
AzNews.az