Təcili yardım maşını qəzaya düşdü - 6 nəfər öldü

26 Mart 2018 14:30 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki,Türkiyənin Kayseri bölgəsində təcili tibbi yardım maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Məlumata görə, qəza Kayseri-Malatya avtomobil yolunda baş verib. Həlak olanların 4-ü bir ailənin üzvüdür, onlardan biri uşaqdır.

AzNews.az