AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, danışıqlarda nüvə silahına malik olan və bu silahın olmadığı 15 ölkənin ekspertləri iştirak edirlər.
Bu, nüvə silahsızlaşdırılması sahəsində irəliləyiş əldə olunması məqsədilə Yaponiya hökumətinin təşkil etdiyi danışıqların ikinci raundudur.
Ekspertlərin təkliflərini martın 27-də təqdim edəcəkləri bildirilir. Həmin təkliflər Nüvə Silahının Yayılmaması üzrə Müqavilənin iştirakçılarının aprelin sonlarında Cenevrədə keçiriləcək hazırlıq görüşündə müzakirə ediləcək.
AzNews.az