AZƏRTAC xəbər verir ki, həftəlik “Der Spiegel” nəşrinə müsahibəsində AFR XİN-in dövlət naziri Mixael Rot deyib: “Yekdillik prinsipi Aİ-də kənardan ixtilaf yaratmaq istəyənlərə imkan verir ki, onlar öz məqsədlərinə asanlıqla nail olsunlar”.
Bununla yanaşı, Aİ-nin genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han bəyan edib ki, gələcəkdə yeni ölkələrin Avropa İttifaqına üzv olması ilə bağlı qərarların heç də hamısı yekdillik prinsipi əsasında qəbul edilməyəcək. Bu məsələdə söhbət Aİ və namizəd ölkələr arasında danışıqlar prosesindəki texniki qərarlardan gedir. “Yeni üzvlərin qəbuluna dair birbaşa qərarlar isə çox fundamental olduğundan, onlar əvvəlki kimi yekdilliklə qəbul edilməlidir”, -deyə avstriyalı siyasətçi məsələyə aydınlıq gətirib.
Fevralda keçirilmiş təhlükəsizlik məsələləri üzrə Münxen konfransında Yunker üzv ölkələri xarici siyasət qərarlarının qəbulunda yekdillik prinsipini ləğv etməyə çağırmışdı. Onun sözlərinə görə, bu prinsip Avropa İttifaqının beynəlxalq siyasətə dair mühüm problemlərin həllində iştirak etmək imkanlarına mane olur.
AzNews.az