Sümükləri məzarından oğurlandı

11 Mart 2013 21:13 (UTC+04:00)



Məhkəmə tibb fakultəsinin tələbələrinin hər birinə 45 gün həbs cəzası verib. Məzarından sümükləri oğurlanan şəxsin həyat yoldaşı Gülsüm Ada isə bu qərara "Çox narahatam. Qərara etiraz edəcəyəm" deyə münasibət bildirib.
Tələbələr isə bu qəribə oğurluğu müəllimlərinin tapşırığını yerinə yetirmək üçün etdiklərini bildirblər. Belə ki müəlimləri dərsdə istifadə edilmək üçün onlardan sümük gətirməyi tələb edib. Tələbələrdən ikisi daha yaxşı qiymət almaq üçün dərsə insan sümüyü gətirməyi qərara alıb və kəndlərdən birinin qəbiristanlığına gedib.
Kimsəsiz hesab etdikləri Baki Adanın məzarını açaraq sümüklərdən bəzilərini oğurlayıblar. 2007-ci ildə vəfat edın Baki Adanın həyat yoldaşı isə hadisə ilə bağlı bunları söyləyib: "Tez-tez yuxumda onu görürdüm. Sümüklrin oğurlandığını məndən gizlətmişdilər. Sonradan övladlarıma yuxularımı danışdım, Bakinin ruhunun nədənsə narahat olduğunu dedim. Ancaq bundan sonra mənə bildirdilər ki, məzarından sümükləri oğurlanıb".

Elnarə Əlosmanqızı
AzNews.az