Mağaza sahibinin iş yerində meyiti tapıldı

26 Mart 2018 17:43 (UTC+04:00)

"Report"un yerli bürosunun məlumatına görə, Ağdaş şəhərində yerləşən mağazaların birinin sahibi olan, 1971-ci il təvəllüdlü Rəsul Hacıyaqub oğlu Məmmədlinin mağazada meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az