Daha 5 ölkə rus diplomatları geri göndərir

26 Mart 2018 17:55 (UTC+04:00)

“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, Böyük Britaniyadan sonra Fransa və Almaniya da rus diplomatlarını ölkədən çıxarır.

Bildirilir ki, hər iki ölkə 4 diplomatı geri göndərir. Onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilib.

ABŞ da Sietl şəhərindəki rus konsulluğunu bağlamaq barədə qərar verib.

***

Son məlumatlara görə, rus diplomatlarını qovan ölkələrin siyahısında Litva, Polşa və Ukrayna da yer alıb. Litva 3, Ukrayna 13, Polşa isə 4 rus diplomatı ölkəsindən çıxarır.

AzNews.az