Tbilisidə nazir maşını məktəblini vurdu - Foto

26 Mart 2018 19:19 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə Tsxneti şossesində yerləşən məktəbin yaxınlığında baş verib. Məktəbli xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisə zamanı K. Tsixelaşvilinin avtomobildə olduğu bildirilir. Dövlət naziri artıq xəstəxanada məktəbliyə baş çəkib və bildirib ki, yeniyetmə ciddi xəsarətlər almayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.