Sumqayıtda müəmmalı ölüm hadisəsi

26 Mart 2018 20:25 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib.

Belə ki, adı hələ ki açıqlanmayan, təqribən 63-65 yaşlarında kişi qəsəbədə idarə etdiyi "Kamaz" markalı yük maşınından düşdükdən sonra müəmmalı şəkildə ölüb.

Onun ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.