Mingəçevirdə 2 yaşlı körpə yandı

26 Mart 2018 21:43 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsi 33, mənzil 5-də baş verib.

Belə ki, həmin mənzildə yaşayan 2017-ci il təvəllüdlü Quliyeva Cəmilə Elşən qızı ehtiyatsızlıq nəticəsində isti çayı üzərinə aşırıb. Nəticədə körpə boyun və sinə nayihəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılıb.