Rusiya şirkətləri Azərbaycana qida avadanlıqları tədarük edəcəklər

26 Mart 2018 22:37 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, müvafiq razılaşmalar Kölndə "Anuga FoodTec - 2018" sərgisində əldə olunub.

Sərgidə Rusiya ekspozisiyasının operatoru olan "Rosspeçmaş" Assosiasiyası analoji sazişlərin Slovakiya və Pakistan şirkətləri ilə də imzalandığını bildirir. Həmçinin Rusiyanın qida sənayesinin məhsulları ilə Kuba, Vyetnam, Braziliya, Norveç və Avstraliya şirkətləri maraqlanır.

Sərgidə "Amata Scale", "Tauras-Feniks", "Klass-İnjinirinq", "Tayfun innovasiya", eləcə də "İMPRESS ART" və "Prom-Upak" ərzaq qablaşdırması şirkətlərinin qida avadanlıqları təqdim olunub.