Kemerovoda yanğına görə günahkarlar tutuldu

26 Mart 2018 23:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə İstintaq komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"Hal-hazırda beş şübhəli saxlanılıb və dindirililib, Saxlanılanlar arasında bir sıra məsul şəxslər və o cümlədən yanğınla bağlı bildiriş siqnalını kəsən şəxs də var." deyə Svetlana Petrenko qeyd edib.

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində 64 nəfər dünyasını dəyişib.