Polşa donuzlara qarşı 200 kilometrlik divar tikir

27 Mart 2018 09:30 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ilk olaraq, Ukrayna sərhədinə çəkiləcək divarın dünyada sərhəddə çəkilən ən uzun divar olacağı bildirilir. Bu divar miqrantların ölkəyə keçməsinin qarşısını almaq üçün tikilən divarlardan fərqlidir. Belə ki, bu divar çöl donuzlarının ölkəyə keçməsinin qarşısını almaq üçündür. Divarın tikintisi 56 milyon avroya başa gələcək.

Qeyd edək ki, çöl donuzları Polşada və digər qonşu ölkələrdə yoluxucu xəstəliklər yayır. Bu da ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur.