Tramp Trüdo ilə rus diplomatların ölkədən çıxarılmasını müzakirə etdi

27 Mart 2018 09:42 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp Trüdo ilə hər iki ölkənin İngiltərə ilə həmrəyliyini ifadə etmək üçün rus diplomatların ölkədən çıxarılmasını müzakirə edib.

Qeyd edək ki, ABŞ martın 26-da 60 rus diplomatın ölkədən çıxarılmasını açıqlayıb. Fransa, Almaniya və digər Avropa ölkələri də oxşar addımlar atıb.