16 yaşlı oğlan özünü öldürmək istədi

27 Mart 2018 10:01 (UTC+04:00)

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin H.Z.Şirvani küçəsində baş verib.

Belə ki, şəhər sakini, 2002-ci il təvəlüdlü Ayaz Şirvan oğlu İbrahimov özünü asaraq intihara cəhd edib. O, ailə üzvləri tətəfindən xilas edilib və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, A.İbrahimovun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az