AzNews.az xəbər verir ki, bu fikirlər “Bizim Planet” verilişində gedən müzakirələr zamanı qeyd edilib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında öz tamaşaçı auditoriyası ilə görüşən “Bizim Planet” verilişinin bu dəfəki qonaqları millət vəkili, professor AMEA-nın müxbir üzvü Musa Qasımlı və millət vəkili, professor, siyasi elmlər doktoru Elman Nəsirov idi.
Verilişin əsas müzakirə mövzusu Novruz bayramı münasibəti ilə keçirilən ümumxalq şənliyində Prezient İlham Əliyevin nitqi olub. Çıxışı zamanı prezidentin xüsusi qeyd etdiyi vacib məslələr ətrafında geniş diskussiyalar aparılıb.
Politoloq Rufiz Qonaqov qeyd edib ki, xalqa təbriklə müraciəti zamanı cənab prezident İlham Əliyev xalqımızı və dünyanı düşündürən vacib məsələlərə fikrini bilirib. “Prezident öz nitqində ilk növbədə ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır.”- deyə Rufiz Qonaqov İlham Əliyevin çıxışındakı bu fikirləri vurğulayıb.
Millət vəkili Musa Qasımlı bildirib ki, prezidentin xalq qarşısında söylədiyi nitqi məzmununa görə geniş mahiyyətinə görə çox dərindir. “Burda bir daha göstərildi ki, ölkə daxilində yürüdülən bütün siyasətin ana xəttini Azərbaycan vətəndaşının maraqları təşkil edir. Keçən yola nəzər salındı və hədəflər müəyyənləşdirildi.”-deyə Musa Qasımlı qeyd edib.
Verilişdə o da vurğulanıb ki, İlham Əliyevin nitqində ictimai-siyasi sabitlik, təhlükəsizlik məslələri xüsusi əhəmiyyət kəsb edirdi.
Bildirilib ki, dünyaya nəzər salsaq bu gün Azərbaycan sabit ölkələr sırasındadır. Bu sabitlik bütün sahələrdə özünü göstərir ki, bu da Azərbaycanın inkişafının əsasını təşkil edən mühüm amildir.
Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov qeyd edib ki, məhz ictimai-siyasi sabitlik bizim ən böyük tarixi naliyyətimizdir.
Elman Nəsirov deyib: “İctimai-siyasi sabitliyin iki yolu var. Bunu bir neçə dəfə cənab prezident öz çıxışında qeyd edib ki, bunlardan biri inzibati yoldur. Digəri isə xalq və hakimiyyətin könüllülüyü birliyidir. Hakimiyyət iqtidar-xalq mənafeyindən irəli gəlir və bunun əsasında daxili və xarici siyasət yürüdülür. Xalq da bunu görür və həmin hakimiyyəti müdafiə edir”.