AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu hesabatda, hərbçilərə ayrılan pulun izlənilməsinin sistematik problemləri barədə məlumat verilir. Hesabatda bildirilir ki, ABŞ-ın Əfqanıstandakı nümayəndəliyi 3,1 milyard dolların hansı məqsədlə istifadə edildiyi barədə məlumat verməyib.
Qeyd edək ki, ABŞ-ın Əfqanıstana göndərdiyi maddi vəsaitin düzgün bölüşdürülməsi problem olaraq qalır.