İran ölkələri Əfqanıstana yardım etməyə çağırıb

27 Mart 2018 12:18 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı bildirib. Nazir müavinin sözlərinə görə, Əfqanıstan, İraq və Suriyada fəaliyyət göstərən terrorçu qruplaşmalar bölgədəki vəziyyəti daha da pisləşdirib.

Abbas Əraqçı əlavə edib ki, İran bütün ölkələri Əfqanıstana dəstək üçün birgə işləməyə dəvət edir.