Tünzalə Ağayevaya ağır itki

27 Mart 2018 13:47 (UTC+04:00)

Sənətçinin atası Qabil Ağayev 67 yaşında dünyasını dəyişib.

Bu barədə AzNews.az-a Tünzalə Ağayevanın köməkçisi Yalçın Cabbarov məlumat verib. O, 67 yaşlı Qabil Ağayevin uzun müddət xəstə yatdığını qeyd edib: “Tünzalə atası ilə birlikdə yaşayırdı”.

Qeyd edək ki, mərhumun 3 mərasimi martın 28-də Heydər Əliyev Məscidində keçiriləcək.

Bahar RÜSTƏMLİ
AzNews.az