Müxalifət partiyasından ermənilərə dəstək bəyanatı
11 Mart 2013 22:44 (UTC+04:00)
Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının sədr müavini Sezgin Tanrıgül erməni qaçqınların problemləri ilə bağlı Türkiyə parlamentinə müraciət edib. Sezgin Tanrıgül təmsil etdiyi partiyanın adından Türkiyə Böyük Millət Məclisinə təqdim olunmuş müraciətdə qeyd olunur ki, ölkədə yaşayan milli azlıqların problemləriylə məşğul olmaq və onların taleyi ilə maraqlanmaq lazımdır:
"Əgər Baş nazir Ərdoğanın sözləri ilə desək, bizim ölkədə 100 mindən artıq qaçqın erməni var. Bu, ciddi məsələdir. Bu qədər insanın ölkəmizdə məskunlaşması bizi məcbur edir ki, Türkiyə hökuməti olaraq onların taleyi ilə məşğul olaq".
Millət vəkili məclis üzvlərini Türkiyədə məskunlaşmış erməni emiqrantların hüquqlarının qorunması və onların yaşam şəraitinin yaxşılaşdırılması üçün fəallıq nümayiş etdirməyə çağırıb.
Telman Qasımov
AzNews.az