Öcalan əfv edilə bilər

11 Mart 2013 23:19 (UTC+04:00)


Türkiyədə kürd probleminin həlli istiqamətində İmralıda saxlanılan Abdulla Öcalanla aparılan danışıqların ardınca daha bir xəbər yayılıb. Belə ki, PKK liderinin 21 mart -Novruz bayramında öz səsi ilə kürdlərə müraciət edəcəyi bildirilir.

Öcalan çıxışında kürd silahlılarına silahı buraxmağa çağıracaq. Türkiyə mətbuatının yazdığına görə, Öcalan barışın elan edilməsinə tələsir və buna görə də meydanlara özü birbaşa müraciət etməyi planlaşdırır. Bu isə barış elan edildikdən sonra Öcalan barəsində ömürlük həbs qərarının dəyişməsi ehtimalı ilə əlaqələndirilir.

Mətbuat bundan əvvəl Öcalanın silah buraxmaq barədə çağırışının məktub vasitəsilə edəcəyi, ancaq daha sonra fikrini dəyişərək öz səsi ilə yazılan müraciəti səsləndirəcəyini yazır. Ancaq hökumətin Öcalanın belə bir video ilə çıxış etməsinə razılıq verməyəcəyi vurğulanır.

Elnarə Əlosmanqızı
AzNews.az