Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfirini qəbul etdi

27 Mart 2018 20:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki , səfir Robert Sekuta fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirdi. Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Robert Sekutaya təşəkkür etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirildi.