AzNews.az Report-a istinadən xəbər verir ki,şəhərin 20 Yanvar küçəsində piyadalar üçün müəyyən olunmamış yerdən yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub.
Piyada “Toyota” və “VAZ-21012” markalı maşınların arasında qalaraq əzilib. Ağır xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, yaralının ayağı sınıb, başından və bədəninin digər hissələrindən xəsarətlər alıb.
.jpg)
