AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Xuray kəndində baş verib.
Kənd sakini 2002-ci il təvəllüdlü Süleymanov Nasir Mahir oğlu bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır. Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.