Bakıda məktəblilər arasında əlbəyaxa dava - Bıçaqlanan var

28 Mart 2018 08:56 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə ötən gün günorta saatlarında Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə qeydə alınıb.

Məktəbdə təhsil alan iki məktəbli arasında əlbəyaxa dava düşüb. Dava zamanı 2005-ci il təvəllüdlü Məmmədov Əli Gündüz oğlu üz nahiyəsindən bıçaqlanıb.

Yaralı "təcili tibbi yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.

AzNews.az