Söyün Sadıqov ofisindən zorla çıxarıldı

12 Mart 2013 08:17 (UTC+04:00)
Ötən gün Moskva Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları Söyün Sadıqovun ofisinə (Xavskaya küçəsi, 26) gediblər. Haqqın.az saytının yaydığı məlumata görə, xüsusi təyinatlılar Söyün Sadıqovdan icarəyə götürdüyü ofisdən çıxsmağı tələb ediblər. Polis əməkdaşlarını Moskva meriyasının nümayəndələri mühayiət edib.

Bir müddət davam edən müzakirələrdən sonra Söyün Sadıqov və əməkdaşları binadan çıxarılıblar. XTPD əməkdaşlarının onlara qarşı kobudluq etdiyi bildirilir./musavat/