Əməkdar artistin polis qohumu bıçaqlandı

28 Mart 2018 09:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müğənni özü bu haqda Milli.Az-a məlumat verib:

"Hadisə iki gün əvvəl Beyləqanda Xocavənd ərazisində baş verib. Bıçaqlanan qardaşımın oğludur. Belə ki, ixtisasca polis olan qardaşımın oğlu xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. Hal-hazırda qardaşım oğlunun səhhəti normaldır.

Bir neçə gün olar ki, mən də rayondayam. Məsələni diqqətdə saxlayıb, bizə köməklik etdiyinə görə Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevə təşəkkür edirəm".