Daha bir ölkə Moskvadakı səfirini geri çağırdı

28 Mart 2018 10:17 (UTC+04:00)

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Lüksemburq rəsmiləri səfiri məsləhətləşmə üçün çağırdıqlarını bildiriblər.

Qeyd edək ki, Lüksemburq Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripalın zəhərləndirilməsilə bağlı qalmaqalla əlaqədar rusiyalı diplomatları ölkədən çıxarmayacağını açıqlayıb.